Neymarın "Barselona"ya dönüşünün baş tutmamasının səbəbi bəlli olub

12:07 - 14 Sentyabr 2019 - İDMAN

İspaniya təmsilçisi “Barselona”nın sabiq prezidenti Joan Kaspar Fransa PSJ-nin futbolçusu Neymarın Kataloniya klubuna dönüşünün baş tutmamasının səbəbini açıqlayıb.

Keçmiş rəhbər 27 yaşlı braziliyalı hücumçunu “Barselona”ya qayıda bilməməsi ilə bağlı “El Larguero”ya bunları söyləyib: “Yekunda PSJ 300 milyon avro istədi. Neymar oyun keyfiyyətlərinə görə müstəsna bir futbolçu olsa da, onun keçidinin mümkünsüz olduğu ortaya çıxdı. Hərçənd “Barselona” bunun üçün böyük səy göstərdi”.

Qeyd edək ki, Neymar 2 il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var./report

Xəbər xətti