"Azərbaycanda məni daha çox tanıyırlar. Amma Bakıda ulduz sayılmağımla razı deyiləm”.
Bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev deyib. "YouTube”dəki "İbrakadabra” kanalına müsahibəsə verən Moskva "Dinamo"sunun hücumçusu karyerasını başa vurduqdan sonra yaşamaq üçün Azərbaycana köçməsinin mümkün olduğunu bildirib:
"Bakıda çoxlu sayda gözəl yer var. Məsələn, Heydər Əliyev Mərkəzinə getmək olar. Dənizkənarı Bulvarda xeyli restoran var. Ən bəyəndiyim şəhərləri belə sıralayardım: Sankt-Peterburq, Bakı və Moskva. Piter mənim üçün doğmadı, orada doğulmuşam. Bakı isə mənim üçün çox komfortdu. Ola bilər ki, futbolçu karyeramı başa vurandan sonra ora köçəm. Hələlik dəqiq deyə bilmərəm. Lakin bu variant tamamilə mümkündü".
O, "Trabzonspor” karyerasının alınmamasından danışarkən "Çünki şans vermədilər, etibar etmədilər. Karyeramla bağlı heç nəyə görə təəssüflənmirəm” deyib.
Qeyd edək ki, Ramil Şeydayev karyerası ərzində "Dinamo”, "Krılya Sovet”, "Zenit” və "Trabzonspor”la yanaşı, Slovakiyanın "Jilina” və "Qarabağ” komandalarının formasını geyinib. /fanat.az