Azərbaycan rəssamı Nurlana Hacıyeva oktyabrda Berlində keçiriləcək beynəlxalq sərgidə iştirak üçün dəvət alıb. Rəssam Almaniyaya modern üslubunda işlədiyi bir neçə əsərini göndərməyi planlaşdırır.
Hazırda N. Hacıyevanın əsərləri İstanbulda keçirilən «İhtişamlı buluşmalar» adlı sərgidə nümayiş etdirilir. 30-a yaxın rəssamın qatıldığı sərgiyə maraq böyük olduğu üçün təşkilatçılar onu daha 10 gün uzatmağa qərar veriblər. Ötən ay Azərbaycanlı rəssam həmçinin Türkiyənin Marmaris şəhərində keçirilən Emotion («Duyğular») adlı sərgidə iştirak edib. 15 rəssamın əsərlərinin nümaiş etdirildiyi sərgi yerli təsviri incəsənət həvəskarlarının və turistlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Nurlana Hacıyevanın əsərləri bundan əvvəl də bir sıra beynəlxalq sərgilərə dəvət alıb. Bu sırada Londonda keçirilən Azərbaycan rəssamlarının işlərindən ibarət sərgi, İtalyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi «Futurismo Ora” sərgisi və s. mötəbər tədbirlər də var.