Bu gün Binəqədi rayonu ərazisində yük maşının sürücüsü, Masallı rayon sakini Elçin Qasımov idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud sürətdə pozduğu üçün ona Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxla işarəsi verilib.
Yük maşınının sürücüsü avtomobili saxlamayaraq hərəkəti davam etdirib və avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradıb.
Binəqədi rayon DYPŞ nin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində sürücü saxlanılıb.Onun barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib və toplanan materiallar Binəqədi rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü Elçin Qasımov 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs edilib./qafqazinfo