Bakıda dəhşətli qəzanın qarşısı son anda alınıb.
Ucnoqta.az xəbər verir ki, 10 TH 407 dövlət nömrə nişanlı marşurut avtobusu piyada keçidinin üstündə saxlayıb. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onu ötmək istəyir. Piyada keçidindən bir neçə metr irəlidə, avtobusun qabağından uşaq yola qaçır. Qadın isə onun ardınca gedir. Son anda yük maşının altına düşməkdən xilas olur. "Kamaz"ın sürücüsü manevr edir, eyni zamanda qadın uşağın əlindən tutaraq geri çəkilir.
Nəticədə bədbəxt hadisə baş verimir.