Türkiyənin Marmaris bölgəsində Çağbaba adı ilə tanınan ziyarətgahın əslində dini baxımdan heç bir əhəmiyyət kəsb etmədiyi məlum olub.
BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, 40 ildir insanların inanc yeri kimi tanınan bu məkanın kökündə nə dayandığı məlum olub. Araşdırmalar zamanı aşkarlanıb ki, əslində Çağbaba adı ilə tanınan ziyarətgahda yunan qladiatoru Diagorasın məzarı var.
Qeyd edək ki, uzun illərdir bura əsasən qadınlar gəlirlər. Ziyarətgaha gələn qadınlar buraya paltar parçaları bağlayırlar.
Dualar edirlər və ziyarətgahın şərəfinə qurbanlar verirdilər.