Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamı Rasim Babayev silahlı hücuma məruz qalıb.
Hadisə iyulun 22-də Mərtər rayonunda baş verib. Belə ki, Babayev gecə saatlarında ailəsi evə qayıdarkən naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. İş adamı tapançadan açılan atəş nəticəsində yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Güman olunur ki, hadisəyə köhnə iş ortaqları arasında baş vermiş fikir ayrılıqları səbəb olub.
Qeyd edək ki, Rasim Babayev Türkiyədə ali təhsil aldıqdan sonra turizm şirkəti quraraq iş həyatına atılıb./qafqazinfo