Artiq iki yüz ildən çoxdur ki, qədim misirlilərin Giza piramidaları kimi nəhəng binaları necə inşa etdiyinə dair elm aləmində hipotezlər irəli sürülür.
Qədim dünyaya aid tarix kitablarında və dərsliklərdə yüz minlərlə qul əməyi, daş bloklar və s.dən bəhs edilir. Amma əsl tədqiqatçı anlayır ki, bu üsullarla piramida inşa etmək mümkün deyil.
Bundan başqa, hətta müasir texnologiya sayəsində də, belə dəqiqliklə bina inşa etmək mümkün deyil.
Giza piramidaları daha erkən inşa edilib
Bu zaman artıq qədim misirlilərin piramidaları necə inşa etməsi barədə çoxsaylı teoriyalar üzə çıxdı. Bütün bu teoriyaları kənara qoyub qədim misirlilərin əlyazmalarına baxmaq lazımdır. Bu əlyazmalarda “tanrılar sülaləsi” barədə məlumat var. Guya bu sülalə uzun illər Misiri idarə edib. Burada tanrı deyəndə yadplanetlilər də nəzərdə tutula bilərdi. Eyni zamanda isə, atlantlar kimi daha çox inkişaf etmiş sivilizasiya da nəzərdə tutula bilərdi. Məhz onlar piramidaları ucaldıblar. Onlar bizə məlum olmayan texnologiyadan, məsələn, qravitasiyadan istifadə ediblər.
Təbii ki, bu da bir ehtimaldır. Amma hər halda qul əməyi ilə elə nəhəng bina tikmək ideyasından daha tutarlı və həqiqətə yaxındır. Müstəqil tədqiqatçılar isə bildirirlər ki, piramidaları fironlar inşa etdirməyib. Fironlar onlardan uzun əsrlər əvvəl naməlum insanlar tərəfindən inşa edilən piramidaları qumun altından qazıb çıxarıblar. Bəs bu piramidalar nə üçün inşa edilib? Təbii ki, fironlar və onların yaxınlarının dəfni üçün nəzərdə tutulmayıb.
Edqar Keysi bir dəfə deyib ki, Sfinksin heykəlinin altında Dünyanın əsl keçmişi haqqında məlumatlar gizlədilib. Burada artefaktlar və atlantlar barədə mənbələr var. Yapon tədqiqatçıları Sfinksin altındakı ərazini şüalarla yoxlayıblar. Məlum olub ki, həqiqətən də burada yeraltı anbar var. Amma Misir hökuməti ərazidə qazıntı aparmağa icazə vermir. Eyni zamanda Giza piramidalarının altındakı yeraltı şəhərə də giriş bağlıdır.
Ehtimal edək ki, gələcək nəsillər Yerin əsl tarixini üzə çıxaracaqlar. Bu gün dünya elitası bu həqiqətləri insanlardan gizlədilir. Gizlədilmə səbəbi də məlum deyil.../olke.az