Bakı Uşaq teatrı yeni tamaşa hazırlayıb

14:28 - 21 İyun 2019 - Mədəniyyət

Bakı Uşaq teatrında yeni tamaşanın daxili baxışı keçirilib.

Ucnoqta.az xəbər verir ki, “Sehirli Tütək” adlı nağıl-tamaşanın ictimai baxışı 22 iyul saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyəıt sarayında keçiriləcək. Azərbaycan xalq nağılı əsasında Maarif Məmmədovun ssenariləşdirdiyi İntiqam Soltanın quruluşunda hazırlanan tamaşada rolları Niyaz İlyasoğlu, Rauf Hüseynli, Mehman Piriyev, İlhamə Əhmədova, Natiq Fərzəliyev, Ədalət Ağaverdizadə, Könül Şahbazova,Gülər Ləzgiyeva, Qurban Əhmədov, Nicat Əhmədov, Flora Hüseynova, Gülnar Məmmədov, Turə Qasımlı, Gülnarə Abbasova, Emin Balayev, Günay Pirizadə və Nərminə Məhərrəmova ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkar Mahir İbrahimlidir.

Tamaşanın müddəti 1 saatdır.
 

Xəbər xətti