Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
“Ford tranzit” markalı sərnişinlə dolu mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Yaralılardan 2 Cəlilabad. digərləri isə Salyan Mərkəzi xəstəxanasına yerləşdirilib.
İlkim ehtimala görə hadisəyə sürücünün yuxulu olması səbəb olub.
Əsəbi zəif olanların videoya baxması tövsiyyə olunmur.
/baku. ws