İtaliyanın Siena əyalətində turistləri daşıyan avtobus yol kənarına aşıb. Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident mayın 22-si səhər saatlarında Siena-Florensiya trasında, Badessa şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə yerli “Corriere di Siena” nəşri məlumat yayıb. Məlumata görə, avtobusda 60 nəfər olub. Nəticədə 1 nəfər ölüb, 10 nəfər isə xəsrəat alıb. Hadisə yerinə səhiyyə, polis və xilasetmə briqadaları cəlb olunub.
Namiq