Dostundan sürməyə aldığı 1 milyonluq “Ferrari” ilə qəza törətdi – FOTO/VİDEO

20:30 - 21 May 2019 - HADİSƏ

Çində bir şəxs dostundan sürməyə aldığı “Ferrari” markalı avtomobillə qəza törədib.

Ucnoqta.az xəbər verir ki, hadisə ölkənin Suzhou şəhərində qeydə alınıb. Jin adlı kişi dostundan sürməyə aldığı dəyəri 1,126,000 manat olan “Ferrari F12berlinetta” ilə yolda hərəkətdə olarkən, idarəetməni itirərək bir avtomobilə çırpılıb.

Qəzanın şiddətindən avtomobil yol kənarında park edilmiş maşına dəyərək aşıb. Ətrafdakı insanların köməkliyi ilə sürücü aşmış nəqliyyat vasitəsindən çıxarılıb.

Qəzaya səbəb olan “Ferrari”nin sürücüsü zərərçəkənlərə dəymiş 73.190 manatlıq ziyanı ödəyəcəyini bildirib.

Ucnoqta.az “LiveLeak”a istinadən baş verən qəzanın görüntülərinin təqdim edir:

 

Namiq


Xəbər xətti