“İçimdə bir güvən hissi, inam var və bu, mənə çox böyük motivasiya verir”.
Bu sözləri “Eurovision 2019” müsabiqəsində finala keçən təmsilçimiz Çingiz Mustafayev şoudan sonra keçirilən mətbuat konfransında deyib. Səhnədə “Truth” mahnısını ifa edən müğənninin finaldakı çıxış nömrəsi də məlum olub.
O, 18 mayda keçirilməsi planlaşdırılan şounun ikinci hissəsində 20-ci nömrə altından çıxış edəcək.
Qeyd edək ki, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya ilk yarımfinalda finala vəsiqə qazanan ölkələr olub.
İkinci yarımfinalda Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta və Azərbaycan finala düşüb.
Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri isə birbaşa finalda iştirak edəcəklər./axsham.az