Respublika Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyi birgə tədbir təşkil edəcək

13:45 - 13 May 2019 - Mədəniyyət

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyi birgə tədbir təşkil edəcək.

İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev “Ucnoqta.az”-a bildirib ki, may ayının 15-də “CinemaPlus Azərbaycan” kinoteatrında keçiriləcək tədbirdə Litvanın tanınmış kinorejissoru Mindaugas Survila ilə görüş olacaq. Görüşdən sonra rejissorun “Древний лес”(Qədim meşə) filmi nümayiş etdiriləcək.

Tədbir 15 may tarixində saat 19:00 da baş tutacaq.

 


Xəbər xətti