Kanadada “Air Canada” aviaşirkətinə məxsus təyyarə yanacaq maşını ilə toqquşub.
Ucnoqta.az “TASS”a istinadən xəbər verir ki, insident Toronto beynəlxalq hava limanında mayın 11-i gecə saatlarında “Bombardier DHC-8-300” təyyarəsi eniş etdikdən sonra baş verib. Bu barədə “CBC” telekanalı məlumat yayıb.
Nəticədə 3 ekipaj üzvü və 2 sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda onlardan yalnız birinin müalicəsi davam etdirilir.
Təyyarənin göyərtəsində 51 nəfər olub. Hava gəmisi Toronto Sadberi reysi ilə uçurmuş, lakin əlverişsiz hava şəraiti ilə əlaqədar aeroporta geri qaytarılıb.
Polis yük maşınının sürücünü nəqliyyat vasitəsini təhlükəli idarə etməkdə günahlandırıb.
Namiq