Turist avtobusu dərəyə yuvarlandı: 4-ü ağır 14 yaralı - VİDEO

20:27 - 10 May 2019 - HADİSƏ

Yaponiyada turist avtobusu 10 metr hündürlükdən dərəyə yuvarlanıb.

Ucnoqta.az “TASS”a istinadən xəbər verir ki, hadisə Qumma prefekturasında yerləşən Xonsyu adasınının dağlıq ərazisində qeydə alınıb.

NHK telekanalının məlumatına görə, qəzada 4-ü ağır olmaqla 14 sərnişin xəsarət alıb.

Məlumatda həmçinin bildirilir ki, avtobusda 50 yaş arası 19 sərnişin olub. Onlar dağlar üzrə turizm yürüşündə iştirak etməyə hazırlaşırmışlar.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün avtobusun mühərrikini işlək vəziyyətdə qoyaraq sükanı tərk etməsi olub. Nəticədə avtobus, nəqliyyat vasitələri üçün müəyyən olunmuş meydançadan dərəyə aşıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, sürücü isə polis tərəfindən yaxalanıb.

 

Namiq

 

Xəbər xətti