Bakının Xətai rayonunda gənc qız özünü hündürlükdən özünü atmaq istəyib.
Saat 14:30-da Şıxlınski 29-42 anvanında yerləşən hündürmərtəbəli binada gənc qız intihar etmək istəyib. O, özünü binanın 10-cu mərtəbəsindən, pəncərədən özünü atmaq istəyib.
Bu barədə Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsinə məlumat verilib. Dərhal əraziyə polis, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım həkimləri cəlb olunub.
Gənc qız keçirilən psixoloji danışıqlardan sonra xilas edilib.
Faktla bağlı 35-ci polis bölməsində araşdırma aparılır./baku.ws