Moskvada göyərtəsində 78 nəfər olan təyyarə havada yandı - 41 ölü- VİDEO/(Yenilənib)

20:54 - 5 May 2019 - HADİSƏ

Moskvanın Şeremetyevo hava limanında "Moskva – Murmansk" reysi ilə hərəkət edən sərnişin təyyarəsi havada olan zaman yanmağa başlayıb.

Moskva - Murmansk reysi üzrə hərəkət edən sərnişin təyyarəsi göyərtəsində baş vermiş yanğın səbəbindən Şeremetyevo hava limanına geri dönüb. Ucnoqta.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyindən RİA Novostiyə məlumat verilib.

Təyyarə havaya qalxdıqdan sonra, problem yarandığı barədə məlumat verilib və Sheremetyevo hava limanına dönmək tələb olunub. Mənbənin sözlərinə görə, hava şəraitinin əlverişli olmaması səbəbindən o, yalnız ikinci yanaşmadan sonra aeroporta enə bilib.

Verilən məlumata görə hadisə nəticəsində xəsarət alanlar var.
Hadisə nəticəsində 41 nəfər ölüb.

Yanğın təyyarənin yarısını məhv edib. Artıq yanğın söndürülüb.
Ekipaj üzvləri təyyarəni ildırım vurmasını deyiblər.  Hava limanına eniş etmək istəyən təyyarə iki dəfə uçuş zolağına çırpılıb.


Xəbər xətti