Rusiyanın Vladivostok əyalətində, pauerliftinqçi İvan Savkin bir cəhdlə 11 min tonluq “Vladimir Myasnikov” gəmisini 2 metr 50 santimetr məsafəyə qədər çəkib. Ucnoqta.az xəbər verir ki, Savkin bunu həyat yoldaşına həsr etdiyini bildirib, bu barədə o, kadrları öz “facebook” səhifəsində paylaşıb.
Beləliklə o, bir dəfəyə 3 dünya rekordunu birdən qırıb.
İdmançı qeyd edib ki, problemlərdən biri də qarşıdan olan güclü külək idi, sürət yığmağa mane olurdu.
Namiq