Futbol üzrə Çempionlar Liqasının finalçılarından birinin “Barselona” olacağı gözlənilir. İspaniya təmsilçisi yarımfinal mərhələsinin ilk oyununda “Liverpul”u 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
İndi İngiltərə klubunun azarkeşləri “Barselona”nın ulduz futbolçusu Lionel Messinin cəzalanmasını tələb edir. Argentinalı hücumçunun epizodlardan birində Fabinyonun başına zərbə endirməsi görünür. Məhz həmin hücum qolla nəticələnmişdi. “Liverpul”un azarkeşləri bunu ədalətsizlik sayır. Sosial şəbəkərlədə minlərlə şərh yazaraq Messinin cəzalanmasını tələb edirlər.
UEFA hələ də məsələyə münasibət bildirməyib. Belə görünür ki, Messi cəzalanmayacaq.
“Liverpul” – “Barselona” oyunu mayın 7-də keçiriləcək. Cütün qalibi finalda “Ayaks” – “Tottenhem” mübarizəsinin güclüsü ilə qarşılaşacaq./bizimyol.info