Moda nümayişi vaxtı model podiumda yıxılaraq ölüb - VİDEO

10:26 - 28 Aprel 2019 - HADİSƏ

Braziliyanın San-Paulo şəhərində keçirilən moda nümayişi vaxtı model kişi Tales Kotta podiumda yıxılaraq ölüb.

Bu barədə Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir. Bildirilir ki, tamaşaçılar əvvəlcə elə biliblər ki, 26 yaşlı manekenin yıxılması şounun bir hissəsidir. Lakin, onun meyiti yerdə silkələnərək ağzından köpük gəlib.

İki xilasetmə əməkdaşı podiuma daxil olaraq, onu xərəyə qoyaraq küçəyə çıxarıblar. Təcili tibbi yardım maşınında, Kottanı həyata qaytarmaq üçün ilkin yadım göstərildikdən sonra manekeni xəstəxanaya aparıblar. Xəstəxanada onun öldüyünü təsdiqləyiblər.

Namiq

 

Xəbər xətti