Dünyanın ən çox uşaqlı anası Mariam Nabatanzinin Uqandada yaşadığı məlum olub.
Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, 39 illik həyatı ərzində 38 uşaq dünyaya gətirib.
Bu barədə TCN kanalının hazırladığı süjetdə deyilir ki, qadının nadir xüsusiyyətə orqanizimi var və buna görə də o, hər dəfəsində ən azı 1 uşaq dünyaya gətirir.
Mariam ilk dəfə 13 yaşında ana olub. O, daha sonra, 5 dəfə əkiz, 4 dəfə üçəm və 5 dəfə də dördəm dünyaya gətirib.
Ailə elə də böyük olmayan kərpic evdə yaşayır.
Ata isə 3 il bundan əvvəl ailəni tərk edib. Tənha qalan qadın tək başına uşaqlarını böyütməyə çalışır.
Namiq