Çinin Şanxay şəhərində “Tesla”a şirkətinə məxsus elektromobili yanıb.
Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, aprelin 22-də sosial şəbəkələrdə Şanxayın yeraltı avtodayanacaqlarının birində “Tesla Model S”də baş verən yanğının görüntüləri yayımlanıb. Hadisə baş verən anda avtomobil elektrik yükləməsində olmayıb.
“Model S”in sahibinin dediyinə görə, avtomobil 3.5 il bundan əvvəl alınıb və heç bir ciddi nasazlıq müşahidə edilməyib. Yanğın nəticəsində ölən və xəsarət alan olmasa da, park edilmiş “Audi” və “Lexus” markalı avtomobillər zərər görüb.
Hadisədən sonra “Tesla” şirkəti açıqlama verərək, baş verən hadisəni araşdırmaq üçün Şanxaya texniki ekspert qrupu göndərəcəyini bildirib.
Namiq