Sərxoş sürücü qırmızı işıqda gözlədiyi vaxt sükan arxasında yatıb - VİDEO

07:38 - 22 Aprel 2019 - HADİSƏ

Türkiyənin Antaliya vilayətində sərxoş sürücü qırmızı işıqda gözlədiyi vaxt sükan arxasında yatıb. Hadisə dünən axşam saatlarında Muradpaşa rayonu, Cəbəsoy küçəsində baş verib. Şəxsiyyəti müəyyən olmayan 07 VR 844 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü qırmızı işıqda dayanıb və mürgüləməyə başlayıb. İçkili olduğu iddia edilən şəxs digər sürücülərin verdiyi siqnal səsinə də oyanmayıb.

Yaşıl işığın yanmasına baxmayaraq avtomobilin işlək olduğu və hərkət etmədiyini görən bir vətəndaş, maşının yanına yaxınlaşaraq sürücünün yatdığını görüb.

Sürücünün sərxoş olduğunu görən vətəndaş polisə xəbər verib.

Hadisə yerinə gələn səhiyyə və polis əməkdaşları sürücünü avtomobildən düşürüblər.

Güclə ayaqüstündə dayanan sürücü, polis maşınına mindirilərək şöbəyə aparılıb.

Həmin anda avtomobilini cərimə meydançasına aparıldığını görən sürücü ağlayıb.

O anları isə ətrafda olan bir şəxs tərəfindən mobil telefonla qeydə alıb.

Ucnoqta.az İHA-ya istinadən həmin kadrları təqdim edir:

 

Namiq

 

Xəbər xətti