Türkiyənin Hatay əyalətində ötən gecə yağan güclü yağış bir sıra fəsadlar törədib. Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, yaranan sel sulları Antakiya rayonunun mərkəzi küçələrindən olan Bağrıyanık məhəlləsində yollara və vətəndaşlara məxsus nəqliyyat vasitələrinə ziyan vurub. Ərazidə bir neçə ağac aşıb.
Hazırda Hatay bələdiyyəsi tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Namiq