Turist avtobusu evin üzərinə aşdı: 29 ölü, 27 yaralı - FOTO

07:23 - 18 Aprel 2019 - HADİSƏ

Portuqaliyada turist avtobusu qəzaya uğrayıb. Ucnoqta.az “RİA Novostiyə” istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Madeyra adasında baş verib. Sürücü idarəetməni itirərək yoldan çıxıb və bir evin üzərinə aşıb. Son məlumata görə, qəza nəticəsində 29 nəfər ölüb, 27 nəfər isə xəsarət alıb.

Alman XİN-dən bildirilib ki, avtobusda almaniyalı turistlər olub.

Onların arasında 2 portuqaliyalı – sürücü və bələdçi olub.

Portuqaliya prokurorluğu qəza ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, hökumət turist avtobusunun qəzaya uğraması nəticəsində çoxlu sayda insan ölümündən sonra üç günlük matəm elan edib.

 

Namiq

Xəbər xətti