Rusiyanın Orenburq əyalətində yanğınsöndürən maşını “Mazda” markalı avtomobillə toqquşub.
Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə RF-nin DİN regional idarəsindən məlumat verilib. Hadisə “Qaqarin” və “Vostoçnoy” küçələrinin kəsişməsində qeydə alınıb.
Məlumatda bildirilir ki, “Ural” markalı yanğınsöndürən maşını “Qaqarin” küçəsində hərəkətdə olan vaxt, “Vostoçnoy” küçəsindən “Qaqarin” küçəsinə dönmək istəyən “Mazada” markalı avtomobili vurub. Qəza nəticəsində avtomobilin sərnişini hadisə yerində ölüb, sürücülər isə xəsarət alıblar.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq