Sayrışan işıqları yandırmır
13 aprel tarixində, Babək prospektində ardıcıl kobud qayda pozan DYP əməkdaşının videosu vətəndaşlardan biri tərəfindən görüntülənib. 99 YP 374 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan DYP əməkdaşı ən sol zolaqdan sağ zolağa yerdəyişmə edərkən 1.1 xəttinin tələbini pozur.
Daha sonra üzrə hərəkət nişanının tələbini pozaraq yalnız geriyə dönməyə icazə verilən zolaqdan düzünə hərəkəti davam etdirir. Bütün bunları edərkən də səs siqnalından və sayrışan işıqlardan istifadə etmir./avtosfer