Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyü çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Şatırlı kənd sakini məlumat verib. Belə ki, rayon mərkəzindəki mağazalardan birindən alınan 50 kq-lıq əla növ un kisəsindən sümük tapılıb. Bu sümüyün iribuynuzlu heyvanın diz nahiyəsinin bir hissəsi olması məlum olub.
Yerli sakin undan istifadə etməyi təhlükəli hesab edib.