Polşada sərnişin qatarı təcili tibbi yardım maşınına çırpılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə kadrlar “YouTube” sosial şəbəkəsində yayımlanıb. Dəhşətli faciə Puşikov şəhərində qeydə alınıb.
Görüntülərdə, təcili tibbi yardım maşınının sürücüsü qadağan siqnalına məhəl qoymayaraq dəmir yolu keçidini keçməyə cəhd etdiyi görülür. Lakin, şlaqbaum bağlı olduğundan, sürücü təhlükəli vəziyyətdən çıxmaq üçün manevr edərək geri qayıtmaq istəyib. Bu arada Sürətlə gələn sərnişin qatarı ona çırpılıb və maşını bir neçə metrə sürüyüb.
Qəza nəticəsində həkim, tibb köməkçisi hadisə yerində ölüb. Sürücü isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq