Sirkdə heyvanların təlimçilərin əmrlərini yerinə yetirməsinə baxmayın, əslində, bu onların çox da ürəyincə deyil. Vəhşi təbiətin sakinləri onları əhliləşdirənlərə az hücum etmir.
Hadisə Rusiya ilə Ukraynanın uğrunda mübarizə apardığı Luqansk şəhərində baş verib. Səhnəyə çıxan iki şirdən biri əsəbiləşərək misirli təlimçiyə hücum edib. Hadisənin video görüntüsü də var. Orada Hamada Kutanın xəsarət aldığı təəssüratı yaranmır. Sadəcə, şirin hücumundan sonra yerə yıxılır, amma tez də ayağa qalxır. Sonra şirlər səhnəni tərk edir. Əslində isə təlimçi ciddi yaralanıb. Şir onun kürəyinə, əllərinə və ayaqlarına xəsarət yetirib.
Hamada heyvanı günahlandırmayıb. O, belə hadisələrdə, adətən, təlimçinin günahkar olduğunu bildirib. Hamadanın dediyinə görə, şirlərin Luqanska gələndən sonra dincəlməyə imkanı olmayıb. Onları əsəbiləşdirən əsas amil də yorğunluqdur. (Bizimyol.info)