“Diqlas” söküləcək - Rəy verilib

16:57 - 4 Aprel 2019 - Xəbər

Bir müddət əvvəl yanğın baş vermiş “Diqlas” ticarət mərkəzi söküləcək.

Ucnoqta.az xəbər verir ki, FHN-dən ONA-ya bildirilib ki, ticarət mərkəzinin sökülməsinə mütəxəssislər tərəfindən rəy verilib.

Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.

Xəbər xətti