Məşhur rejissor, SSRİ və Rusiyanın xalq artisti Georgi Daneliya vəfat edib.
“Report” “Novaya qazetaya” istinadən xəbər verir ki, bunu rejissorun ailəsi bildirib. O, 88 yaşında Rusiya paytaxtı Moskvada dünyasını dəyişib.
Qeyd edək ki, G.Daneliya məşhur “Mimino”. “Afonya”, “Uğur centlmenləri” kimi filmlərin rejissoru olub.