Azərbaycanda 3 kredit təşkilatının lisenziyası ləğv edilib

15:29 - 4 Aprel 2019 - Xəbər

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 3 bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.

Bunlar Bakıda fəaliyyət göstərən "Kredit House" və "Mədəd Kredit", eləcə də Lerik rayonunda fəaliyyət göstərən "Azəri Finans" MMC-lərdir. Son nəticədə ölkədə BOKT-ların sayı 46-dan 43-ə düşüb./report

Xəbər xətti