Avtobusa sərxoş minən gənclərin yaşlı qadın sərnişinə qarşı tərbiyəsizliyi bir vətəndaş tərəfindən mobil telefonla qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, kadrlar “CNNturk” xəbər portalında yayımlanıb. Hadisə axşam saatlarında İstanbulun Taksim-Qaziosmanpaşa xətti üzrə hərəkət edən sərnişin avtobusunda qeydə alınıb. Taksimdən hərəkət edən avtobusa minən və içkili olduqları iddia edilən bir qrup gənc, yüksək səslə mahını oxuyub səs-küy salmağa başlayıb.
Bu arda səs-küydən narahat olan yaşlı bir qadın, gənclərdən sakit olmalarını istəyib. Heç kimi veclərinə almayaraq mahını oxumağa davam edən gənclər, daha sonra qadının “Etdiyiniz tərbiyəsizlikdir, sizə qulaq asmaq məcburiyyətində deyilik” sözünə şok bir cavab veriblər.
Gənclərdən biri qadının üzərinə yeriyərək, “Allah bəlanı versin xala, bu avtobus qəza törətsin də öl, susacaqsan, dinləyəcəksən” deyib.
Avtobusda olan digər sərnişinlərdən bəziləri gənclərə etiraz edərkən, bəziləri də dəstək veriblər.
Bütün etirazlara baxmayaraq gənclər, Xəlil Sezainin “İsyan” mahınısın oxuyub əylənməyə davam ediblər.
Ucnoqta.az həmin videonu sizlərə təqdim edir:
Namiq