Bakının Mərdəkan qəsəbəsi, Gülağa Həsənov küçəsinin sakinləri yolsuzluq problemindən əziyyət çəkirlər.
Ucnoqat.az xəbər verir ki, bu barədə Bizimyol.info-ya müraciət edən həmin küçənin sakini Elman Musayev bildirib ki, yolsuzluq problemi ilə yanaşı yağış yağanda ərazidə qrunt suları üzə çıxıb həyətləri və yolları basır. Şikayətçinin sözlərinə görə, bu məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət edilsə də, müraciətlər nəticəsiz qalıb.
Ərazidən videogörüntüləri təqdim edirik: