Türkiyə vətəndaşına məxsus avtobus Gürcüstanda yanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə DHA xəbər portalı məlumat yayıb. Hadisə Batumi şəhərində baş verib. Davud Yüksəlin idarə etdiyi avtobus hələ ki, məlum olmayan səbəblərdən hərəkətdə olan vaxt mühərrik hissəsindən tüstüləməyə başlayıb.
Sürücü avtobusu saxlayaraq aşağı enib və qısa müddət ərzində nəqliyyat vasitəsi alovlanıb. Avtobus yanaraq yararsız vəziyyətə düşüb.
Davud Yüksəl isə həmin anları mobil telefonla qeydə alıb.
Namiq