Şəmkirdə sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Rayonun Morul kəndi ərazisində betonqarışdıran “Kamaz” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, rayon sakini 1962-ci il təvəllüdlü Arifli Eldəniz Tofiq oğlu yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır. Qafqazinfo