Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə betonqarışdıran aşdı, sürücü öldü - <font color=red><b>Foto</b></font>

16:13 - 30 Mart 2019 tarixində dərc olunub.

Şəmkirdə sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Rayonun Morul kəndi ərazisində betonqarışdıran “Kamaz” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, rayon sakini 1962-ci il təvəllüdlü Arifli Eldəniz Tofiq oğlu yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır. Qafqazinfo

Müəllif: