Zaqatalada canavarlar fermaya hücum edib.
Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaxdan kəndində qeydə alınıb. Canavarlar kənd sakini Rəcəb Məmmədova məxsus 40-dan çox xırdabuynuzlu heyvanı parçalayıb. R.Məmmədov açıqlamasında bildirib ki, hücuma məruza qalan heyvanlardan 12 tələf olub, qalanları isə yaralıdır.
Qeyd edək ki, canavarlar hücum edən fermada bir-neçə kənd sakininə məxsus 300 baş xırdabuynuzlu heyvan olub.