Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada canavarlar fermaya hücum edib- <font color=red><b>40-dan çox heyvanı parçalayıb</b></font>

22:56 - 22 Mart 2019 tarixində dərc olunub.

Zaqatalada canavarlar fermaya hücum edib.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaxdan kəndində qeydə alınıb. Canavarlar kənd sakini Rəcəb Məmmədova məxsus 40-dan çox xırdabuynuzlu heyvanı parçalayıb. R.Məmmədov açıqlamasında bildirib ki, hücuma məruza qalan heyvanlardan 12 tələf olub, qalanları isə yaralıdır.

Qeyd edək ki, canavarlar hücum edən fermada bir-neçə kənd sakininə məxsus 300 baş xırdabuynuzlu heyvan olub.

Müəllif: