“Terrorçu demədilər, çünki müsəlman deyildi” - Məşhur müğənni

00:22 - 17 Mart 2019 - Xəbər

Məşhur müğənni Riki Martın Yeni Zelandiyakı terror aktı ilə bağlı etdiyi paylaşımda dünya mediasını tənqid edib.

 Martin dünya mətbuatını 49 nəfəri öldürən Brenton Tarrantı müsəlman olmadığı üçün terrorçu olaraq deyil, hücumçu kimi təqdim etməkdə günahlandırıb:
“Bir adam namaz qılan 40-dan çox insanı öldürüb, 20-sini yaralayıb. Bütün beynəlxalq media onu terrorçu olaraq deyil, hücumçu  və ya radikal olaraq adlandırdı. Nədən? Çünki müsəlman deyildi”. 

Müğənninin bu paylaşımı izləyicilərinin rəğbətinə səbəb olub. qafqazinfo

Xəbər xətti