Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

14:54 - 16 Mart 2019 - Xəbər

Mart ayının 16-dan 17-nə keçən gecədən etibarən 18-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, məhdudlaşdırılma təmir-tikinti işləri ilə əlaqədardır. Bildirilib ki, sadalanan ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir və aparılan işlərər anlayışla yanaşmalarını xahiş edir.

Xəbər xətti