Bakıda yanğın olub, iki nəfər ölüb

09:57 - 16 Mart 2019 - Xəbər

Bakıda yanğın hadisəsi baş verib.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

Xəbər xətti