ABŞ-da "Mena" və "Dardenella" komandaları arasında keçirilən məktəblilərin futbol matçı faciə ilə nəticələnib.
"Report" "Goal.com"a istinadən xəbər verir ki, matç vaxtı oyunçulardan biri topu oyuna daxil etmək istəyərkən işıq dirəyi çöküb. Dirək yan xətt hakiminə və futbolçulardan birinə dəyib. Hadisədən sonra hakimin bir ayağı iki yerdən qırılıb və o, xəstəxanaya çatdırılıb. Futbolçu ciddi zədələrdən qaçsa da, başından və ayağından kəsik yaraları alıb.
Bildirilib ki, işıq dirəyinin düşməsinə güclü külək səbəb olub. Matçı təşkil edən məktəb rəhbərliyi hadisənin araşdırılması zamanı ərazidə yerləşən idman obyektlərinin bağlanması ilə bağlı bəyanat verib.