UEFA özünün rəsmi saytında Çempionlar Liqasında həftənin ən yaxşı oyunçuları adına iddialı olan dörd futbolçudan ibarət siyahını yerləşdirib.
Mükafata iddialılar "Yuventus"un hücumçusu Kriştian Ronaldu, "Barcelona"nın hücumçusu Lionel Messi, "Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Zane və "Liverpul"un hücumçusu Sadio Manedir.
Ronaldu "Atletiko" ilə matçda "het-trik"i rəsmiləşdirib, Messi kareyrasında ilk dəfə "Lionla" dublla və iki səmərəli ötürmə ilə yadda qalıb. Manenin hesabında "Bavariya"nın qapısına 2 qol var. Zanenin aktivində isə "Şalke" ilə oyunda dəqiq zərbə və assistent "het-trik"i var. report