Türkiyədə avtobus aşdı - 15 yaralı

20:49 - 13 Mart 2019 - Xəbər

Türkiyənin Amasiya vilayətində sərnişin avtobusu aşıb.

Avtobusun aşması nəticəsində 15 nəfərin müxtəlif xəsarətlər aldığı bildirilir. Bütün yaralılar şəhər xəstəxanasına yerləşdirilib. Yaralıların hamısının Türkiyə vətəndaşları olduğu deyilir.

Yol qəzasının baş verməsinə səbəb isə sürücünün idarəetməni itirməsi göstərilir./trend

Xəbər xətti