Bu gün Bakıda təcili eniş edən Rusiyanın “Ural Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi sabah Moskvaya yola düşəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Xatırladaq ki, Rusiya şirkətinə məxsus “Airbus A321” tipli təyyarə Bəhreyndən Moskvaya reys yerinə yetirərkən göyərtəsində bomba olması ehtimalına görə Bakıda təcili eniş etmişdi. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 225 nəfər olub.
“Hadisə xüsusi xidmət orqanları tərəfindən araşdırılır. Bütün sərnişinlər mehmanxanalara yerləşdiriləcək. Onlar martın 12-si saat 10:00-da həmin təyyarə ilə Moskvaya yola düşəcəklər”, - deyə şirkətdən bildiriblər.