BƏƏ-nin energetika naziri Azərbaycana səfər edəcək

19:21 - 11 Mart 2019 - Xəbər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd əl-Məzrui martın 17-də Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, əl-Məzrui martın 18-də Bakıda keçiriləcək OPEK ölkələrinin və kartelə daxil olmayan dövlətlərin nazirlərinin 13-cü görüşünə qatılacaq.

Nazir BƏƏ nümayəndə heyətinə rəhbərlik edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, martın 17-də Bakıda OPEK Monitorinq komitəsinin birgə texniki komissiyasının 27-ci iclası da keçiriləcək.

Xəbər xətti