BMT-nin Azərbaycandakı nümayəndəliyi bayrağını endirdi

12:10 - 11 Mart 2019 - Xəbər

BMT-nin Azərbaycandakı nümayəndəliyi “Efiopiya hava yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar təşkilatın bayrağını yarıya qədər endirib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, “Efiopiya hava yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər, o cümlədən BMT-nin 11 əməkdaşı həlak olub:
"Onların xatirəsini anmaq üçün BMT-nin Azərbaycandakı nümayəndəliyi təşkilatın bayrağını yarıya qədər endirib. BMT-nin Baş katibi Antonio Quterreş həlak olanların ailələrinə başsağlığını çatdırıb".

Xəbər xətti